Paşinyanın cangüdəni etirazçılarla əlbəyaxa oldu, DTX rəisinin pencəyi cırıldı

© © Photolure via REUTERSПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
İki qrup arasında yşanan toqquşmada Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb.

BAKI, 21 aprel — Sputnik. Ermənsitanın baş naziri Nikol Paşinyanın cangüdəni erməni liderin səfərinə etiraz edən Sünik vilayətinin (Zəngəzur) Mehri şəhər sakinləri ilə əlbəyaxa olub. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadla məlumat yayıb.

Paşinyan şəhəri gəzmək istəsə də, 100-ə qədər sakin onun arxasınca gələrək təhqiramiz ifadələr işlətməyə başlayıblar. Daha sonra Paşinyan maşınına minərək Mehrini tərk edib.

Məlumatda o da bildirilir ki, Paşinyanın Sünükə gəlişinə etiraz edənlərlə yanaşı, onun tərəfdarları da küçələrə çıxıblar. Nəticədə iki qrup arasında toqquşma yaşanıb və davada Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb.

Qeyd edək ki, bu gün Sünikdə Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilib. Sakinlər "Nikol satqın", "Nikol türk" şüarları səsləndiriblər.

Xatırladaq ki, baş nazirin Mehriyə səfəri əvvəlcədən anons edilməmişdi.

 

Xəbər lenti
0