20:36 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
13 0 0

Ned Prays təsdiq edib ki, Vaşinqtonda "RF-in Ukraynaya qarşı davam edən aqressiv hərəkətlərindən narahatdırlar". 

BAKI, 20 aprel - Sputnik. ABŞ Dövlət Departamenti Rusiya-Ukrayna sərhədindəki vəziyyət kontekstində Rusiyanı "təcavüzkar" kimi nəzərdən keçirir və Kiyevin gərginliyi təhrik edəcək addımlar atmasının hansısa əlamətini görmür. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Amerikanın diplomatik idarəsinin rəsmi nümayəndəsi Ned Prays söyləyib.

"İcazə verin, fikrimi aydın izah edim: bu situasiyada Rusiya aqressordur. Biz Ukraynanın təxribatla məşğul olması, yaxud gərginlik yaratdığının hansısa əlamətini sezməmişik. Bizim gördüyümüz  Rusiyanın dezinformasiya kampaniyasıdır: əslində Kremlin gördüyü işləri Ukraynanın boynuna atmaq", - Prays brifinqdə deyib.

O təsdiq edib ki, Vaşinqtonda "RF-in Ukraynaya qarşı davam edən aqressiv hərəkətlərindən narahatdırlar". 

Son günlər qərb ölkələri Rusiya ilə Ukrayna sərhədində baş verən gərginlikdən narahatlıqlarını ifadə edirlər. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə bəyan edib ki, Rusiya öz ordusunu öz ərazisi daxilində və öz bildiyi kimi hərəkət etdirir. Onun sözlərinə görə, bu heç kimə təhdid yaratmır və heç kimi narahat etməməlidir.

Əsas mövzular