13:59 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
18 0 0

Qeyd edək ki, apreli 14-ü Parlamentdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan ötən ilin noyabrında Qasparyan tərəfindən səsləndirilən bəyanatı təkzib edib.

 

BAKI, 20 aprel — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Şurası Qarabağda Vətən müharibəsinin dördüncü günü keçirilən iclas zamanı Onik Qasparyanın (Paşinyan tərəfindən qovulan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi) çıxışının audioyazısından fraqment yayıb.

Sputnik Ermənistan qeyd edir ki, ötən həftə Qasparyanın məruzəsinin mətni qismən yayılmışdı, bu həftə isə həmin fraqment audiosəs yazısı olaraq yayılıb.

Səs yazısında Qasparyan məruzə edir ki, operativ vəziyyət dəyişməyib, qarşı tərəf irəliləməyib. Sonra səs kəsilir və ondan sonra Qasparyan bildirir: "Hər halda qoşunlar öz tapşırıqlarını yerinə yetirir, səhər kiçik əks-hücum həyata keçiriblər, uğurlara nail olublar".

Sonda Qasparyan vurğulayıb: "... ümumilikdə vəziyyət belədir. Biz öz tapşırıqlarımızı yerinə yetiririk və sonuna qədər onları yerinə yetirəcəyik".

Qeyd edək ki, aprelin 14-ü Parlamentdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan ötən ilin noyabrında Qasparyan tərəfindən səsləndirilən bəyanatı təkzib edib.

Həmin vaxt Ermənistan Baş Qərargah rəisi vurğulayırdı ki, Qarabağ müharibəsinin dördüncü günü, Təhlükəsizik Şurasının 30 sentyabrda baş tutan iclası zamanı hərbi əməliyyatların dayandırılmasının vacibliyi barədə danışıb. O bildirib ki, əks halda, Ermənistanın resursları tezliklə tükənəcək. Paşinyan isə daha sonra bildirib ki, Qasparyan müharibənin dördüncü günü belə bir şey deməyib.

Əsas mövzular