Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tramp yenə Putinə simpatiya bəslədiyini etiraf etdi

© Sputnik / Mikhail KlimentyevВстреча Владимира Путина и Дональда Трампа
Встреча Владимира Путина и Дональда Трампа - Sputnik Azərbaycan, 1920, 20.04.2021
Abunə olmaq
Donald Tramp: "Prezident Putinlə əla münasibətim var idi, o, mənim xoşuma gəlirdi, mən də onun… Bu, pis bir şey deyil, yaxşı haldır".

BAKI, 20 aprel — Sputnik. ABŞ-ın eks-prezidenti Donald Tramp növbəti dəfə bildirib ki, Rusiya lideri Vladimir Putinin ondan xoşu gəlirdi və bu münasibət qarşılıqlı idi. Tramp bunu "Fox News" telekanalına müsahibəsində deyib.

"Prezident Putinlə əla münasibətim var idi, o, mənim xoşuma gəlirdi, mən də onun… Bu, pis bir şey deyil, yaxşı haldır", – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında münasibətlər 2016-cı ilin sonlarında Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Moskvanın bu ölkədəki seçki prosesinə müdaxilə etdiyi barədə bəyanatlar səslənməyə başladığı zaman kəskinləşmişdi. Xüsusi prokuror Robert Müller iki il ərzində "Rusiyanın seçkiyə müdaxiləsi" və "Donald Tramp-ın Rusiya ilə əlbir olması" ilə bağlı iddiaları araşdırmışdı. Müller Kremlin inkar etdiyi "müdaxilə" iddialarını təsdiqləsə də, ortaya hər hansı bir dəlil qoymamışdı.

Xatırladaq ki, keçən oktyabr ayında Tramp rus həmkarı Vladimir Putinə simpatiya bəslədiyini etiraf etmişdi, lakin Rusiya lideri demokrat Co Baydenlə (ABŞ-ın hazırkı prezidenti - red.) münasibət qurmağa üstünlük verəcəyini bildirmişdi.

Xəbər lenti
0