Pandemiya ilə bağlı fövqəladə vəziyyət rejimi uzadıldı

© AFP 2023 / Fabrice CoffriniЗдание ВОЗ в Женеве, Швейцария
Здание ВОЗ в Женеве, Швейцария - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
İndiyədək dünyada koronavirusa 142 milyon nəfər yoluxub, bunların 3 milyondan artığı dünyasını dəyişib.

BAKI, 19 aprel - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasına görə dünya miqyasında tətbiq etdiyi fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə ÜST-ün Beynəlxalq Səhiyyə Tənzimləməsinin (IHR) Fövqəladə vəziyyət komitəsinin 7-ci iclasında vəziyyətin müzakirəsindən sonra müvafiq qərar çıxarılıb.

“ÜST baş direktoru COVID-19 pandemiyasının ictimai səhiyyədə beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət olaraq qaldığı qərarına gələrək komitənin tövsiyələrilə razılaşıb”, - komitənin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, indiyədək dünyada koronavirusa 142 milyon nəfər yoluxub, bunların 3 milyondan artığı dünyasını dəyişib.

Xəbər lenti
0