Bayden qaçqın qəbulu üçün kvotanı artıracağını deyib

© REUTERS / KEVIN LAMARQUEПрезидент США Джо Байден, фото из архива
Президент США Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.04.2021
Abunə olmaq
Fevral ayında Bayden 2022-ci maliyyə ilində xaricdən qaçqın qəbulu üçün kvotasını 125 minə çatdırmaq niyyətində olduğunu bəyan etmişdi.

BAKI, 18 aprel — Sputnik. ABŞ administrasiyası qaçqın qəbulu kvotasını artıracaq.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden açıqlayıb. Onun çıxışı Ağ Evin mətbuat xidməti tərəfindən də yayılıb.

“Biz sayı artırmağa hazırlaşırıq”, - Bayden belə deyib.

Cümə günü Bayden 2021-ci maliyyə ilində limiti 15 min nəfər səviyyəsində saxlayaraq artırmamağa qərar verib. Belə bir kvota oktyabrın əvvəlində ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən təsis edilib. Bu rəqəm 1980-ci ildən bəri ən aşağı göstəricidir. 2020-ci maliyyə ilində bu limit 18 min nəfər idi və sonradan 2019-cu maliyyə ilinin 18 minlik göstəricisi ilə müqayisədə iki dəfə azaldılmışdı.

Fevral ayında Bayden 2022-ci maliyyə ilində xaricdən qaçqın qəbulu üçün kvotasını 125 minə çatdırmaq niyyətində olduğunu bəyan etmişdi.

Xəbər lenti
0