Yaponiyalı nazir deyir ki, "Fukusima"da istifadə olunan suyu içmək də olar

© AP Photo / Jae C. HongFukusima
Fukusima - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
Çin xarici işlər nazirliyi: "Sakit okean nə çirkab suları üçün anbar, nə də Yaponiyanın zibil vedrəsi deyil ki, qəzaya uğramış AES-dən sular ora tökülsün".

BAKI, 16 aprel — Sputnik. Yaponiyanın maliyyə naziri və eyni zamanda baş nazirin müavini Taro Aso Çin xarici işlər nazirliyinin "Fukusima-1" AES-dəki suyu okeana axıtmadan əvvəl onu içmək barədə təklifinə cavab verib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Yaponiya adı çəkilən AES-də reaktorların soyudulması üçün istifadə olunmuş suyun okeana axıdılması barədə qərar qəbul edib.

Xatırladaq ki, ötən çərşənbə axşamı Aso bildirib ki, "Fukusima-1" də istifadə olunmuş suda radionukleidlərin səviyyəsi, tritium istisna olunmaqla, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) normalarından 7 dəfə, Yaponiyada qüvvədə olan normalardan isə 40 dəfə aşağıdır.

Женщина молится о жертвах землетрясения 2011 года - Sputnik Azərbaycan, 1920, 11.03.2021
FOTO
Fukusimada faciə: Ölümcül fəlakətdən on il keçir

Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, "Sakit okean nə çirkab suları üçün anbar, nə də Yaponiyanın zibil vedrəsi deyil ki, qəzaya uğramış AES-dən sular ora tökülsün".

Daha sonra XİN rəsmisi "bəzi yapon siyasətçilərinə" suyun təhlükəsizliyi barədə fikir yürütməzdən əvvəl onu içməyi məsləhət görüb.

"Burada əsas məsələ odur ki, həmin su ÜST normalarından 7 dəfə çox başqa sularda həll olunacaq. Yəni həmin suyu içmək də olar. Bu adi haldır", - deyə Aso telekanallardan birinə müsahibəsində bildirib.

Qeyd edək ki, Yaponiya 2023-cü ildən etibarən "Fukusima-1" AES-də reaktorların soyudulması üçün istifadə olunmuş suyun tritiumdan başqa digər radionukleidlərdən təmizlənərək okeana axıdılması barədə qərar qəbul edib. Rusiya, Çin və Koreya məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Xəbər lenti
0