İstanbul polisi "Montrö məktubuna" imza atmış admiralların evində axtarışa başladı

© AP Photo / Emrah GurelВид на город Стамбул, фото из архива
Вид на город Стамбул, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
Ankara Baş Prokurorluğu 6 istefada olan admiralla 1 generalın ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib.

BAKI, 16 aprel — Sputnik. İstanbul Polisi Montrö Konvensiyası barədə açıq məktuba imza atmış istefada olan admirallardan yeddisinin evində axtarışa başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, Ankara Baş Prokurorluğu isə admiralların bəyannaməsi ilə bağlı 6 istefada olan admiralla 1 generalın ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin 104 istefada olan admiralı bəyannamə dərc edərək Montrö Konvensiyasını Bosfor və Dardanel boğazlarına suveren hüquqlarını bərpa edən Türkiyənin diplomatik qələbəsi adlandırıb. Admirallar Qara dənizlə Mərmərə dənizini birləşdirəcək və Bosfor boğazına paralel olacaq "İstanbul" kanalı layihəsi ilə bağlı həmin razılaşmaya yenidən baxılması barədə müzakirələri yersiz adlandırıblar. Həmçinin məktubda Türkiyədə qüvvədə olan Konstitusiyanın saxlanmasına çağırışlar da öz əksini tapıb.

Aprel ayının 5-də isə Türkiyə polisi Montrö Konvensiyasını dəstəkləyən bəyannaməyə imza atmış bir qrup istefada olan admiralı həbs edib.

Xəbər lenti
0