13:27 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
19 0 0

Qurumun mümkün olduğu qədər çox genişlənməsinin vacib olduğunu düşünmək səhvdir və ağılsızlıqdır. Biz daha çox ittifaqı möhkəmləndirmək və yaxşılaşdırmaq barədə fikirləşməliyik.

BAKI, 15 aprel — Sputnik. Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klemen Bon bəyan edib ki, hələlik Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olma perspektivi yoxdur. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.

"Məncə, etiraf etmək lazımdır ki, bu, (Türkiyənin Aİ-yə daxil olması-red.) daha çox süni məsələdir. Bunu Fransa prezidenti də iki il əvvəl Parisdə cənab Ərdoğanı (Türkiyə Prezidenti Rəcəb Tayyib-red.) qəbul etdiyi vaxt bildirmişdi... Müzakirələrdə irəliləyiş yoxdur. İndiki şəraitdə belə bir perspektivin olmadığını görürük", – deyə o bildirib.

Bununla belə, K.Bon əməkdaşlığı saxlamağın və müzakirələri davam etdirməyin vacibliyini vurğulayıb.

"Ancaq Aİ-nin mümkün olduğu qədər çox genişlənməsinin vacib olduğunu düşünmək səhvdir və ağılsızlıqdır. Biz daha çox ittifaqı möhkəmləndirmək və yaxşılaşdırmaq barədə fikirləşməliyik", – deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə 1963-cü ildə Aİ ilə razılaşma müqaviləsi imzalayıb, 1987-ci ildə isə quruma üzv olmaq üçün müraciət edib. Bununla belə, üzvlüklə bağlı müzakirələr yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqları səbəbindən dəfələrlə dayandırılıb. 2016-cı ilin martında Brüssel Türkiyənin Avropaya miqrant axınının qarşısını alması müqabilində danışıqları sürətləndirib.

 

Əsas mövzular