"Rusiya ilə qarşı-qarşıya olduğumuz məsələlərdə belə, ortaq məxrəcə gələ bilirik"

© Photo : Russian Foreign MinistryМинистр иностранных дел РФ Сергей Лавров и министр иностранных дел Турции Мевлют Чавушоглу
Министр иностранных дел РФ Сергей Лавров и министр иностранных дел Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan, 1920, 15.04.2021
Abunə olmaq
Biz Montrö razılaşmasını tam olaraq yerinə yetiririk. Bundan nə Rusiya, nə də başqa bir dövlətin narahat olmaması lazımdır.

BAKI, 15 aprel — Sputnik. Rusiya ilə qarşı-qarşıya olduğumuz məsələlərdə belə ortaq nöqtələrdə görüşə bilirik. Sputnik Azərbaycan Türkiyənin  NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Rusiya ilə Türkiyə arasında ticarət, enerji, investisiya da daxil olmaqla bir çox sahələrdə əlaqələr var. Bəzən qarşı tərəflərdə olduğumuz məsələlərdə belə, ortaq nöqtələrdə görüşə bilərik. Biz Montrö razılaşmasını tam olaraq yerinə yetiririk. Bundan nə Rusiya, nə də başqa bir dövlətin narahat olmaması lazımdır", - deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, 1936-cı ildə qəbul edilmiş Montrö konvensiyasına görə, bütün ölkələrin ticarət gəmiləri boğazlardan həm müharibə, həm də dinc dövrdə sərbəst keçə bilər. Ancaq hərbi gəmilərin oradan keçidi Qara dəniz hövzəsinə aid olmayan gəmilər üçün fərqlidir: onlara siniflərinə və boğazdan keçmə müddətlərinə görə müəyyən məhdudiyyətlər tətbiq olunur.

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, gəmilərin Bosfor boğazından keçmə rejimi barədə Montrö konvensiyası hələ layihə halında olan "İstanbul" kanalına şamil edilməyəcək. Eyni zamanda, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun sözlərinə görə, kanalın layihəsi ölkəsinin Montrö konvensiyasından imtinasına yönəldilməyib.

Xəbər lenti
0