14:35 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
3210

Medoff haqqında Hollivud da film çəkib: 2017-ci ildə ekranlara çıxan "Yalançı, Möhtəşəm və Dəhşətli" filmində fırıldaqçının rolunu Robert de Niro canlandırıb.

BAKI, 14 aprel - Sputnik. Onlarla milyard dollarlıq fırıldağa görə 150 il həbs cəzasına məhkum edilmiş Bernard Medoff ABŞ-da həbsxanada vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, "əsrin fırıldaqçısı", "əsrin piramidasının qurucusu" adlandırılan Medoff NASDAQ fond birjasının direktorlar şurasının sədri olub.

​1960-cı ildə Medoff Uoll-Stritdə «Bernard L. Madoff Investment Securities LLC» firmasını təsis edərək 2008-ci il dekabrın 11-dək ona rəhbərlik edib. Həmin vaxt o, dünya tarixində ən iri maliyyə piramidasını qurmaqda ittiham edilib. Bildirilir ki, biznesmenin maliyyə fırıldağından 3 milyonadək insan zərər görüb. Maliyyə itkiləri 17,5 milyard dollar olub. 2009-cu il iyunun 29-da Bernard Medoff Nyu-York məhkəməsinin hökmü ilə 150 il həbs cəzasına məhkum edilib.

Medoff haqqında Hollivud da film çəkib: 2017-ci ildə ekranlara çıxan "Yalançı, Möhtəşəm və Dəhşətli" filmində fırıldaqçının rolunu Robert de Niro canlandırıb.

 

 

Teqlər:
ABŞ, vəfat, fırıldaqçı

Əsas mövzular