İspaniya məktəbliləri "çimərlik" formatında dərslərə davam edirlər - VİDEO

© REUTERS / NACHO DOCE"Çimərlik" formatında dərslər
Çimərlik formatında dərslər - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
Uşaqlar bir-birindən təhlükəsiz məsafədə yerləşdirilirlər və onlara qoruyucu maskalar paylanır. Çünki dərslərin çimərlikdə olmasına baxmayaraq, karantin qaydaları qüvvədə qalır.

BAKI, 14 aprel — Sputnik. İspaniya məktəblərindən birində dərslərin ağır havalı siniflərdə və ya distant formada deyil, çimərlikdə təşkil edilməsi barədə qərar qəbul olunub. Yeni tədris formatı Mursiya muxtar icmasında qəbul olunub və Los Netyos sahilində həyata keçirilir. Hələ ki çimərlik dərslərinə ancaq 6-12 yaşlı məktəblilər cəlb olunublar.

Müəllimlər öz növbəsində bu cür qeyri-standart tədris formasına məsuliyyətlə yanaşıblar: saat 8-də onlar çimərlikdə parta, stul və portativ yazı lövhələrini quraşdırırlar. Özü də uşaqlar bir-birindən təhlükəsiz məsafədə yerləşdirilirlər və onlara qoruyucu maskalar paylanır. Çünki dərslərin çimərlikdə olmasına baxmayaraq, karantin qaydaları qüvvədə qalır.

Dərslərin müddəti 20 dəqiqədir, tənəffüs zamanı isə şagirdlər çimərlikdə gəzə bilərlər.

​Geyim və ayaqqabı formasının heç bir fərqi yoxdur. Şagirdlər istədikləri kimi geyinib dərsə gələ bilərlər.

Qeyd olunur ki, çimərliyə "köçmüş" məktəb bir il müddətində pandemiya üzündən qapalı şəraitdə qalmış məktəblilər üçün təşkil olunmuş "Fresh Air" proqramının iştirakçısıdır.

Xəbər lenti
0