Paşinyan çaşdı, Putini səhv saldı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
"ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Fransa Prezidenti Vladimir Putinin 1 oktyabrda verdiyi bəyanata müvafiq olaraq... "

BAKI, 14 aprel — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentdə çıxışı zamanı Qarabağ münaqişənin başa çatması ilə bağlı danışarkən səhvən Rusiya lideri Vladimir Putini Fransa prezidenti adlandırıb.

O, 2020-ci ilin payızında Qarabağda atəşkəslə bağlı əldə olunan üçtərəfli razılaşmanın təfərrüatlarına toxunarakən belə bir cümlə işlədib: "ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Fransa Prezidenti Vladimir Putinin oktyabın 1-də verdikləri bəyanata müvafiq olaraq..."

Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.04.2021
SİYASƏT
Paşinyan: "Azərbaycan 7 rayonun eyni anda qaytarılmasını tələb edirdi"

Bu ifadə dərhal sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0