Yerevanda ictimai nəqliyyatda maska taxmaq üstündə bir nəfəri öldürdülər

© REUTERSПротестующие во время столкновения с полицейскими на улице близ захваченного в Ереване здания полка патрульно-постовой службы.
Протестующие во время столкновения с полицейскими на улице близ захваченного в Ереване здания полка патрульно-постовой службы. - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
Hadisə şahidlərinin sözlərinə görə, marşrutda maska taxmaq üstündə mübahisə düşüb, nəticədə də dava edən kişilərdən biri əlindəki bıçağı o birinin sinəsinə sancaraq ölümcül yaralayıb.

BAKI, 14 aprel — Sputnik. Yerevanda ictimai nəqliyyatda bir nəfəri maska taxmaq üstündə qətlə yetiriblər. Bu barədə Ermənistanın "Shamshyan.com" saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün saat 11:30 radələrində polisə Paronyan və Leo küçələrinin kəsişməsində, 54 nömrəli marşrutun arxa oturacağında cəsəd olduğu barədə məlumat daxil olub. İlkin məlumata görə, həmin cəsəd marşrutda öldürülən şəxsə məxsus olub. Hadisənin şahidlərinin sözlərinə görə, marşrutda maska taxmaq üstündə mübahisə düşüb. Nəticədə dava edən kişilərdən biri əlindəki bıçağı o birinin sinəsinə sancaraq ölümcül yaralayıb.

Hazırda hadisə yerinə baxış keçirilir. Fakt əsasında Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci bəndinə (qəsdən adam öldürmək) əsasən cinayət işi açılıb. Hadisə yerindən qaçan cinayətkarın ələ keçirilməsi üçün axtarış tədbirləri keçirilir.

Xəbər lenti
0