Zəngəzurda 102-ci hərbi bazanın dayaq nöqtəsinin yaradılması müzakirə edilir

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidRusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası
Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
Ermənistan-Rusiya birləşmiş qüvvələr qrupunun və vahid hava hücumundan müdafiə sisteminin fəaliyyəti təhlükəsizliyin təmin edilməsi baxımından böyük praktik əhəmiyyətə malikdir.

 

BAKI, 14 aprel — Sputnik. Ermənistan və Rusiya Rusiyanın 102-ci hərbi bazanın genişləndirilməsi imkanını müzakirə edir. Söhbət Sünik (Zəngəzur) vilayətində bazanın dayaq nöqtəsinin yaradılmasından gedir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı bildirib.

Baş nazir Rusiya ilə hərbi ittifaqı Ermənistanın təhlükəsizliyinin əsas komponenti adlandırıb.

O, həmçinin bildirib ki, Ermənistan-Rusiya birləşmiş qüvvələr qrupunun və vahid hava hücumundan müdafiə sisteminin fəaliyyəti təhlükəsizliyin təmin edilməsi baxımından böyük praktik əhəmiyyətə malikdir.

"Biz Rusiya hərbi bazasının imkanlarının genişlənməsi məsələsini müzakirə edirik. Rusiyadan olan tərəfdaşlarla kifayət qədər effektiv müzakirələr gedir və müdafiə naziri bu barədə – Sünik vilayətində 102-ci Rusiya hərbi bazasının dayaq nöqtəsinin yaradılmasına dair danışıb. Hazırda Sünik vilayətində dövlət sərhədinin mühafizə olunmasında Rusiya sərhədçiləri iştirak edirlər", - deyə Paşinyan bildirib.

Xəbər lenti
0