BAKI, 13 aprel — Sputnik. Hər kəsin sevərək izlədiyi "Evdə tək" filminin Kevini - aktyor Makoley Kalkin ilk dəfə ata olub.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı aktyorun həmkarı Brenda Sonqdan oğlu dünyaya gəlib. Bildirilir ki, aktyorlar 2017-ci ildə "Dəyişmə diyarı" filminin çəkiliş meydançasında tanış olublar.
Aprelin 5-də həyata göz açan körpəyə Makoleyin mərhum bacısı Dakotanın adı verilib.
Qeyd edək ki, Dakotanı 2008-ci ildə avtomobil vurub öldürüb.