Şahzadəni bir həftə sonra dəfn edəcəklər

© AFP 2023 / ALASTAIR GRANTКоролева Великобритании Елизавета II принц Филипп, фото из архива
Королева Великобритании Елизавета II принц Филипп, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
Aprelin 9-da 100 yaşında vəfat edən Şahzadə Filip dövlət səviyyəsində dəfn olunmağını istəsə də, bu vəsiyyətinə əməl olunmayacaq.

BAKI, 10 aprel - Sputnik. Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı şahzadə Filipin dəfn mərasimi aprelin 17-də Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində keçiriləcək. 

Королева Великобритании Елизавета II принц Филипп, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Filip öldü – Britaniyada matəmdir

Sputnik Azərbaycan bildirir ki, bu barədə şənbə günü Bukingem sarayı məlumat yayıb.

Vida mərasimi yalnız 30 nəfərədək çox yaxın ailə üzvlərinin iştirakı ilə keçiriləcək. Gözlənilir ki, həmin gün yerli vaxtla saat 15:00-da bir dəqiqəlik sükut elan olunsun. Aprelin 9-da 100 yaşında vəfat edən Şahzadə Filip dövlət səviyyəsində dəfn olunmağını istəsə də, bu vəsiyyətinə əməl olunmayacaq.

Bu günlərdə Böyük Britaniyada matəm mərasimləri koronavirus pandemiyası səbəbindən bağlı rejimdə keçirilir. Matəm Filip torpağa verilənədək davam edəcək, ölkə ərazisində bütün bayraqlar həmin müddətdə endiriləcək. Parlamentarilər matəm əlaməti olaraq qollarına qara lent, kişilər qara qalstuk taxacaqlar.

Xəbər lenti
0