Türkiyədə bir gündə eyni yolda iki turist avtobusu qəzaya uğradı - FOTO

© Photo : Anadolu AjansıTürkiyənin Ankara şəhərində qəzaya uğramış avtobus
Türkiyənin Ankara şəhərində qəzaya uğramış avtobus - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
Əksəriyyəti rus turistlərdən ibarət olan sərnişinlər arasında xeyli sayda yaralananlar var, bir nəfər isə həlak olub.

BAKI, 10 aprel — Sputnik. Türkiyədə aprel ayında yağan güclü qar bu gün iki ağır yol qəzasına səbəb olub. Hər iki hadisə Konya-Aksaray avtomobil yolunda qeydə alınıb.

Sputnik Azərbaycan "CNN Türk"-ə istinadla xəbər verir ki, birinci qəza səhər saat 07 radələrində Konya-Aksaray avtomobil yolunun 40-cı kilometrində baş verib. Özkan Acar adlı sürücünün idarə etdiyi turist avtobusunun yoldan aşağı yuvarlanması nəticəsində 36 turistdən 13-ü yaralanıb. Konya şəhər xəstəxanasına çatdırılan yaralılardan birinin vəziyyəti ağırdır. Avtobusun turistləri Mərkəzi Anadolunun tarixi məkanlarını gəzdirmək üçün İzmirdən yola düşdüyü bildirilir.

​İkinci hadisə isə səhər saat 09:30-da Konya-Aksaray avtomobil yolunun 30-cu kilometrində baş verib. Antaliyadan Kappadokiyaya rus turistləri daşıyan Cavit Yücesanın idarə etdiyi avtobus yolların buz bağlaması nəticəsində aşıb.

​Avtobusda olan 32 turistdən 12-si yaralanıb, 43 yaşlı Yelena Avtakina adlı Rusiya vətəndaşı isə həlak olub. Qəzadan sonra yaralılar yoldan keçən sürücülərin çəkiclə avtobusun şüşələrini qırması sayəsində içəridən çıxa biliblər. Bölgəyə cəlb olunan təcili yardım maşınları yaralıları Konya şəhər xəstəxanasına çatdırıb. Ölmüş turusitin meyiti isə xəstəxananın morquna təhvil verilib.

Xəbər lenti
0