06:58 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
23 0 0

Bəy və onun qohum-əqrəbası toyun keçirildiyi məkanı tapa bilmək üçün "Google Maps" servisindən istifadə ediblər, ancaq sistemdə baş verən xəta ucbatından başqa evə gedib çıxıblar.

BAKI, 10 aprel — Sputnik. İndoneziyada maraqlı hadisə qeydə alınıb. Öz toy mərasiminə tələsən bəy və onun yaxınları "Google Maps"in səhvi ucbatından başqasının toyuna gedib çıxıblar. RİA Novosti-nin The Indian Express-ə istinadla yaydığı xəbərə görə, hadisə Mərkəzi Yava əyalətində baş verib. Bəy və onun qohum-əqrəbası toyun keçirildiyi məkanı tapa bilmək üçün "Google Maps" servisindən istifadə etmək qərarına gəliblər. Ancaq sistemdə baş verən xəta ucbatından təsadüfən həmin gün toy mərasimi keçirilən başqa bir evə gedib çıxıblar. Bu evdə isə Mariya Ulfa adlı gəlin yolda yubanan gələcək ərini gözləyirmiş.

"Bəyi və onu müşayiət edənləri görəndə çox təəccübləndim, çünki onların heç birini tanımırdım", - deyə Mariya başına gələnləri jurnalistlərə danışıb.

Maraqlıdır ki, ev sahibləri əvvəlcə heç nədən xəbər tutmayıb, bəyi və onun dəstəsini gülərüzlə qarşılayıblar. Yalnız onlarla söhbət əsnasında məlum olub ki, bəy Pemalanqda doğulub, halbuki Mariya Ulfanın gələcək həyat yoldaşı Kendaldan imiş.

Xoşbəxtlikdən, hər şey yaxşı qurtarıb. Yad gəlinin ailəsi yolu səhv salan bəyə və onun dəstəsinə toyun keçirildiyi evi tapmaqda kömək edib.

Hadisəni sosial şəbəkələrdə müzakirə edənlər bəyin yad evdə olduğunu anlamamasını təəccüblə qarşılayıblar.

Teqlər:
Google, səhv, gəlin, bəy, İndoneziya, toy

Əsas mövzular