Zelenski Türkiyəyə gedir, Ərdoğanla görüşəcək

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçidПрезидент Украины Владимир Зеленский
Президент Украины Владимир Зеленский  - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Abunə olmaq
Vladimir Zelenski şənbə günü Türkiyəyə səfər edəcək və İstanbulda Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

BAKI, 9 aprel — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski sabah Türkiyəyə səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Zelenski İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

"Zelenski şənbə günü Türkiyəyə səfər edəcək və İstanbulda bizim prezidentlə danışıqlar aparacaq. Birgə mətbuat konfransının keçirilməsi də planlaşdırılır", - deyə "RİA Novosti"yə Türkiyədəki diplomatik mənbə bildirib.

Mənbə əlavə edib ki, yaxın vaxtlarda səfər barədə rəsmən elan olunacaq.

Xəbər lenti
0