Bekhemin nişanlısı fotosessiyada gələcək qaynanasının geyimindən istifadə edib

© AFP 2023 / EDUARDO MUNOZ ALVAREZBekhemin böyük oğlu Bruklin
Bekhemin böyük oğlu Bruklin - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Abunə olmaq
Fotosessiya üçün model qismində Nikola Pelts çıxış edib. O, gələcək qaynanası, müğənni-modelyer Viktoriya Bekhemin yaz-yay kolleksiyasına aid olan geyimlərindən istifadə edib.

BAKI, 9 aprel — Sputnik. Tanınmış futbolçu Devid Bekhemin böyük oğlu Bruklin "Vogue" jurnalının Almaniya versiyası üçün fotosessiya hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "İnstagram" səhifəsində paylaşım edib. Fotosessiya üçün model qismində isə Bruklinin nişanlısı Nikola Pelts çıxış edib. O, gələcək qaynanası, müğənni-modelyer Viktoriya Bekhemin yaz-yay kolleksiyasına aid olan geyimlərindən istifadə edib.

View this post on Instagram

A post shared by @brooklynbeckham

Qeyd edək ki, 22 yaşlı Bruklin ilə 26 yaşlı Nikolanın nikahı pandemiya səbəbindən təxirə salınıb.

 

Xəbər lenti
0