Türkiyədəki daşınmaz əmlaka rusiyalılar daha çox maraq göstərirlər

© AFP 2023 / BULENT KILICВид на Стамбул, фото из архива
Вид на Стамбул, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
Tələbatın əsas artımı mənzil və apartamentlər seqmentinin payına düşüb (26%-dan çox). Şəxsi evlər seqmentində artım isə 29% olub.

BAKI, 8 aprel — Sputnik. Rusiyalılar Türkiyədə getdikcə daha çox daşınmaz əmlak almağa başlayıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 2021-ci ilin birinci kvartalı ərzində Rusiya vətəndaşlarının ay-ulduzlu ölkədəki daşınmaz əmlak obyektlərinə tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 25% artıb.

Ekspertlər bildirirlər ki, tələbatın əsas artımı mənzil və apartamentlər seqmentinin payına düşüb (26%-dan çox). Şəxsi evlər seqmentində artım isə 29% olub. Ümumilikdə ötən bir ilin göstəricilərinə görə isə Türkiyədəki daşınmaz əmlaka tələbat 27% artıb.

Məlumatlara əsasən, 2021-ci ilin aprel ayında təkrar mənzil bazarında rusiyalılar arasında populyar olan Antalya əyalətində və konkret olaraq Kəmərdə əlçatan, 105 kv-metr sahəsi olan mənzillərin satış qiyməti təqribən 58 500 dollar təşkil edir. Aralıq dənizinin təqribən üç kilometrliyində olan bu cür mənzillər yeni sahibinə mebel və məişət texnikası ilə birlikdə təhvil verilir.

Bir müddət əvvəl rusiyalıların Türkiyədə yaşayış obyektlərini kirayələməyə başladığı haqqında xəbər yayılıb. Martın əvvəllərində yaşayış obyektlərinin kirayə qiyməti təqribən 300 dollardan bir qədər artıq olub. Bu qiymətə, məsələn, Mahmudlar yaşayış məntəqəsində bir yataq otağı olan apartamenti kirayələmək mümkün olub.

Xəbər lenti
0