16:01 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
DÜNYA
Qısa URL
21 0 0

1944-cü ildən etibarən İtaliyada 725 film senzuraya məruz qalıb. Onlardan 274-ü İtaliya, 130-u ABŞ, 321-i isə digər ölkələrin istehsalıdır

BAKI, 8 aprel — Sputnik. İtaliyada kinematoqrafiya sahəsində 1914-cü ildən bəri tətbiq olunmuş senzura ləğv olunub. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu ölkənin mədəniyyət naziri Dario Françeskini deyib.

"Bu günə qədər dövlətin yaradıcı azadlığa müdaxiləsinə imkan verən nəzarət sistemi tamamilə ləğv olunub", - deyə nazir bildirib.

Bundan sonra heç bir filmə siyasi, mənəvi və dini təsəvvürlərlə əlaqədar olaraq qadağa qoya və yaxud onların redaktə olunmasını tələb edə bilməyəcəklər. Bundan əlavə, kinematoqrafçılar özləri müstəqil şəkildə filmlərin hansı yaş kateqoriyası üçün nəzərdə tutulduğunu müəyyən edəcəklər. Onların qərarını 49 nəfər kino sənayesi işçiləri, habelə tərbiyə işləri və heyvanların hüquqları sahəsində mütəxəssislərdən ibarət komissiya təsdiq edəcək.

Xəbərdə qeyd olunur ki, 1944-cü ildən etibarən İtaliyada 725 film senzuraya məruz qalıb. Onlardan 274-ü İtaliya, 130-u ABŞ, 321-i isə digər ölkələrin istehsalıdır.

Dövlətin kinoya müdaxilə etdiyi ən səs-küylü hadisələrdən biri 1998-ci ildə "İki dəfə yaşamış Toto" adlı filmlə bağlıdır. Belə ki, ölkənin katolik əhalisinin əksəriyyəti bu filmin əleyhinə çıxıb. Bundan əlavə "Sonuncu tanqo" və "Qərb portağalı" filmləri də senzuraya məruz qalıb.

Aprelin 1-də məlum olub ki, Rusiyanın Mədəniyyət Nazirliyi ölkədəki kinoteatrlarda İngiltərə istehsalı olan, rejissor Harri Makkvinin geylər haqqında dramatik "Supernova" filminin tam versiyasını səhnədə göstərməyə icazə verib. Xatırladaq ki, həmin filmdə qəhrəmanlar sekslə məşğul olmağa cəhd edirlər.

2020-ci ilin fevralında "İrəli" animasiya filminin rus dilindəki versiyasından lesbiyan təpəgöz haqqında danışıldığına görə bir neçə fraqment kəsilib. 2019-cu ildə isə musiqiçi Elton Con haqqında çəkilmiş "Roketmen" adlı filmdən narkotiklər və geylər arasında seksin nümayiş olunduğu fraqmentlər kəsilib.

Əsas mövzular