Ukraynanı NATO-ya qəbul edirlər?

© AFP 2023 / SERGEI GAPONВид на город Киев, фото из архива
Вид на город Киев, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
"Ukraynanın NATO sıralarına qəbul olunması barədə Alyansın bütün üzvləri tərəfindən yekdil olaraq qəbul olunmalıdır".

BAKI, 7 aprel — Sputnik. Hazırda Ukraynanın NATO hərbi-siyasi blokuna qəbul olunması məsələsi nəzərdən keçirilmir. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, belə bir bəyanatla Almaniya hökumətinin rəsmisi Elrike Demmer çıxış edib.

"Ukraynanın öz siyasi ehtiyaclarına uyğun olaraq azad seçim hüququ var. Lakin bu ölkənin quruma üzvlüyü istiqamətində hazırda hər hansı bir addım nəzərdə tutulmur", - deyə Demmer bildirib.

Almaniya hökumət nümayəndəsi onu da bildirib ki, NATO ümumilikdə alyansa yeni üzvlərin qəbul olunmasına hazırdır.

NATO yenidən Rusiyanı təcavüzdə ittiham edir. Moskvanın buna cavabı nə oldu - Sputnik Azərbaycan, 1920, 06.04.2021
"Ukrayna ən dəyərli partnyorumuzdur" - NATO

Xatırladaq ki, bir müddət əvvəl Ağ Ev Ukraynanın Şimali Atlantika blokuna qoşulması ilə bağlı mövqeyini açıqlayıb. ABŞ prezidentinin mətbuat katibi Cen Paski bildirib ki, Vaşinqton Kiyevi dəstəkləyir, lakin Ukraynanın NATO sıralarına qəbul olunması barədə alyansın bütün üzvləri tərəfindən yekdil olaraq qəbul olunmalıdır.

Qeyd edək ki, Ukraynanın NATO-ya üzvlük məsələsi son günlər bu ölkənin sərhədində Rusiya hərbi qüvvələrinin sayının artırılması ilə qabardılır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin Ukrayna sərhədləri yaxınlığında hansı müddət ərzində qalacağına dair bu gün açıqlama verib.

"Rusiya heç kimi təhdid etməyib və etmir. Rusiya qoşunları dövlətin öz ərazisində, məqsədəuyğun yerdə yerləşir, Müdafiə Nazirliyi və ali baş komandan nə qədər məqsədəmüvafiq hesab etsələr, o qədər də orada qalacaqlar", - deyə Peskov bildirib.

Onu da xatırladaq ki, Rusiya Ukraynadakı gərginliklə bağlı ABŞ-la əlaqədə olduğunu bəyan edib. Moskva həmçinin Qərbin Rusiyanın Cənubda qüvvələrini artırması ilə bağlı ehtiyatlarını da inkar edib.

Xəbər lenti
0