Yunanıstan Baş naziri ölkədən qovduğu səfirin ayağına getdi

© AP Photo / Nada HaribKiriakos Mitsotakis və Abdülhəmid Dibeybe
Kiriakos Mitsotakis və Abdülhəmid Dibeybe - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
Türkiyə-Liviya razılaşmasına da münasibət bildirən Yunanıstan Baş naziri qeyd edib: "Guya dövlətlərarası razılaşma kimi göstərilən, lakin qanuni qüvvəsi olmayan qanunsuz sənədlərin ləğvi bizim üçün önəmlidir".

BAKI, 7 aprel — Sputnik. Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Liviya ilə pozulan münasibətləri düzəltmək üçün ötən gün Tripoliyə gedərək bu ölkənin keçid hökumətinin rəhbəri Məhəmməd Mənfi və Baş nazir Abdülhəmid Dibeybe ilə görüşüb.

Qeyd olunur ki, Mitsotakis 2019-cu ildə Türkiyə-Liviya anlaşması ilə bağlı o vaxt Afinada Liviya səfiri olan Məhəmməd Mənfini persona non-qrata elan edib, ölkədən deportasiya etmişdi.

Dibeybe ilə görüşdən sonra keçirilən ortaq mətbuat konfransında Yunanıstan Baş naziri bunları deyib: "Münasibətlərimizdə yeni bir səhifə yazarkən köhnə səhifədəki yanlışlıqları da silmə fürsəti tapacağıq. Neqativ şeyləri geridə qoyaq".

Türkiyə-Liviya razılaşmasına da münasibət bildirən Yunanıstan Baş naziri qeyd edib: "Guya dövlətlərarası razılaşma kimi göstərilən, lakin qanuni qüvvəsi olmayan qanunsuz sənədlərin ləğvi bizim üçün önəmlidir".

Buna cavab olaraq isə Liviya Baş naziri Abdülhəmid Dibeybe vurğulayıb ki, ölkəsi Türkiyə ilə münasibətləri inkişaf etdirmək istəyir. Biz başqa ölkələrin deyil, Liviyanın maraqları naminə hərəkət edirik".

Xəbər lenti
0