Ermənistanda koronavirusa yoluxanların sayı 198 mini keçdi

© AP Photo / Evgeniy MaloletkaБольной коронавирусом, фото из архива
Больной коронавирусом, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
Ermənistanda son gündə daha 20 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3647-yə çatıb. Xəstəlikdən sağalanların sayı 178227 olub.

BAKI, 7 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 198898-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1025 nəfər artıb.

Ermənistanda son gündə daha 20 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3647-yə çatıb. Xəstəlikdən sağalanların sayı 178227 olub. Hazırda bu ölkədə 16088 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 132,4 milyonu keçib, 2,87 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0