İsraildə son dərəcə nadir Misir tilsimi tapıblar

© AFP 2023 / Mahmoud Zayyat Археологические раскопки, фото из архива
Археологические раскопки, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
Belə tilsimlərdən yalnız misirlilər istifadə etmirdi - qonşu xalqlar da bu böcəkşəkilli həmayılın onları qoruya biləcəyinə inanırdı.

BAKI, 5 aprel — Sputnik. İsraildə Negev səhrasının şimal-qərbində bir qrup turist arxeoloji qazıntıların aparıldığı ərazidə təxminən 3000 illik olduğu düşünülən son dərəcə nadir Misir tilsimi tapıblar.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, skarabey böcəyi şəklində olan nadir amuletin eramızdan əvvəl 9-8-ci əsrlərə aid olduğu düşünülür.

Mütəxəssislər qeyd edirlər ki, skarabey (buna "ifrazat böcəyi" də deyilir) qədim Misirdə müqəddəs sayılırdı. Ancaq belə tilsimlərdən yalnız misirlilər istifadə etmirdi - qonşu xalqlar da bu böcəkşəkilli həmayılın onları qoruya biləcəyinə inanırdı. Misirlilər isə skarabey böcəyinə Yaradanın təcəssümü kimi hörmət edirdilər.

Xəbər lenti
0