04:23 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
DÜNYA
Qısa URL
14 0 0

Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma 244-ə düşüb.

BAKI, 3 aprel — Sputnik. ABŞ-da aktiv neft-qaz qazma qurğularının sayı artır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Baker Hughes" şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 13 ədəd artaraq 430 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 234 ədəd geriləyib.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma 244-ə düşüb.

Ekspertlər ABŞ-da aktiv neft-qaz qazma qurğularının sayının artmasını onun neftlə bağlı yeni revanşa hazırlaşması ilə izah ediblər. 

Əsas mövzular