Ermənistanın Baş Qərargah rəisi: "Regionda vəziyyət gərgin olaraq qalır"

© AR Ministry of DefenceAzərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
Davtyan eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanın qonşularla qarşılıqlı münasibət məntiqini dəyişmək ehtiyacı barədə fikirlərini şərh etməkdən imtina edib.

BAKI, 2 aprel — Sputnik. Regionda vəziyyət kifayət qədər gərgin olaraq alır. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirib.

"Azərbaycanla sərhəddə vəziyyət nisbətən sabitdir, insidentlər demək olar ki, baş vermir. Lakin ümumi gərginlik qalır və bu həm döyüş növbətçiliyinə, həm də gündəlik həyata təsir edir", - deyə Davtyan qeyd edib.

O, eyni zamanda bildirib ki, aprel döyüşləri zamanı dərslər çıxarılması idi, 44 günlük müharibə zamanı Ermənistan Qarabağı 15-20 gündə tamamilə itirə bilərdi.

Davtyan eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanın qonşularla qarşılıqlı münasibət məntiqini dəyişmək ehtiyacı barədə fikirlərini şərh etməkdən imtina edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0