"Xiaomi" ilk avtomobilini təqdim edib

© Photo : gizmochina.comXiaomi: теперь и авто
Xiaomi: теперь и авто - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
Təkərli evdən hələ ki, cəmi bir ədəd hazırlanıb. Onun kütləvi istehsal olunub-olunmayacağı məlum deyil.

BAKI, 2 aprel — Sputnik. Elektronika istehsalçısı olan Çinin "Xiaomi" şirkəti ilk avtomobilini təqdim edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, şirkətin yeni məhsulu əslində təkər üzərində evdir.

"Xiaomi Group"un baş direktoru Ley Tszyunun sözlərinə görə, avtomobil cəmi bir ədəd olmaqla bu markanın həvəskarlarından biri üçün hazırlanıb. Belə ki, həmin şəxs Yeni İl hədiyyəsi olaraq səyahət etmək üçün "Xiaomi" "ağıllı evi"nin elektronikası ilə təchiz olunmuş avtomobil istəyib.

Yeniliyin hazırlanması "Xiaomi" mühəndislərinin üç aylıq əməyinin nəticəsidir. Şirkət rəhbəri təkərli evin məhz hansı avtomobil əsasında hazırlandığını açıqlamayıb. Lakin dizaynı nəzərdən keçirməklə təkərli evin "SAIC" şirkətinin "Maxus V90" markalı mikroavtobusu əsasında hazırlandığını demək olar.

Qeyd edək ki, orijinal V90 iki litr həcmli, 148 və ya 161 at gücündə dizel mühərriki ilə təchiz olunur.

"Mən heç vaxt "Xiaomi"nin istehsal edəcəyi ilk avtomobilin təkərli ev olacağını düşünməzdim", - deyə Ley Tsziyun bildirib.

Qeyd edək ki, Xiaomi təkərli evi kondisioner, hava təmizləyicisi, qəhvədan və çaydan, habelə geniş formatlı televizor və noutbukla da təchiz olunub.

Şirkətin təkər üzərində ağıllı evi kütləvi edib-etməyəcəyi məlum deyil. Xatırladaq ki, Çin şirkəti "Apple" və "Tesla" ilə rəqabət apara biləcək, ucuz elektromobil istehsal edəcəyini və bu avtomobil biznesinə 10 milyard dollar vəsait ayıracağını bəyan etmişdi.

Xəbər lenti
0