Ermənistan proporsional seçki sisteminə keçdi

© SputnikЗаседание Национального собрания Армении, фото из архива
Заседание Национального собрания Армении, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi Seçki Məcəlləsinə dəyişiklik edilib. Onu parlamentin 82 deputatı dəstəkləyib.

BAKI, 1 aprel - Sputnik. Ermənistan parlamenti Seçki Məcəlləsində ölkədə seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsini nəzərdə tutan dəyişikliyi ikinci və sonuncu oxunuşda qəbul edib. Bu o deməkdir ki, bundan sonra seçkilər partiya siyahısı üzrə keçiriləcək. 

Sputnik Ermənistan-ın məlumatına görə, Ermənistan parlamentinin 82 deputatı Seçki Məcəlləsinə müvafiq dəyişikliyin lehinə səs veriblər.

Bundan əvvəl Ermənistanda qarışıq (proporsional və majoritar) seçki sistemi mövcud olub. Seçki Məcəlləsindəki partiyalar üçün 5, seçki blokları üçün 7 faizlik seçki baryeri dəyişməyib.

Müxalif "Maariflənən Ermənistan" partiyası dəyişikliyin qəti əleyhinə çıxaraq bu andan etibarən seçkilərin legitimliyini şübhə altına aldığını bəyan edib. 

İkinci müxalifət partiyası "Çiçəklənən Ermənistan" isə iclası ümumiyyətlə boykot edib. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib. Bundan sonra mövcud hakimiyyət nümayəndələri seçkilərə yalnız proporsional seçki sistemini nəzərdə tutan yeni Seçki Məcəlləsi ilə getmək istədiklərini açıqlayıblar. 

Xəbər lenti
0