Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Həm Nazim Hikmətin məzarını ziyarət et, həm də peyvənd olun

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidКремлевский дворец, фото из архива
Кремлевский дворец, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
Türkiyənin turizm şirkətləri öz müştərilərinə Rusiyaya təşkil etdikləri səyahət çərçivəsində növbəsiz vaksinasiya olunmağı təklif edirlər.

BAKI, 1 aprel — Sputnik. Koronavirusa qarşı peyvənd preparatlarının ölkələr üzrə qeyri-bərabər paylanması insanları bu təhlükəli infeksiyadan müdafiə olunmaq üçün alternativ üsullara əl atmağa vadar edir. Peyvənd vurdurmaq üçün növbə gözləmək istəməyənlərin tez vaksinasiya olunmaq istəyindən yararlananlar yeni qazanc növü tapıblar. Türkiyənin NTV kanalının yaydığı xəbər görə, artıq qonşu ölkənin turizm şirkətləri Rusiyaya peyvənd turları təşkil etməyə başlayıblar. Xəbərdə bildirilir ki, turizm şirkətlərindən birinin rəhbəri "Moskvada bir klinika ilə anlaşma imzalamışıq. Moskva turu qonaqlama, təyyarə bileti və peyvənd də daxil olmaqla 1099 avroya başa gəlir. Peyvənd olunanlara sertifikat da verilir", – deyə məlumat verib.

"Turizm paketi satın aldığınız təqdirdə sizə iki təyyarə bileti verilir. Məsələn, ilk uçuşunuz aprelin 15-də olacaqsa, ikinci bilet mayın 6-na təsadüf edir. Moskvaya çatan kimi peyvənd vurulur ki, hər hansı bir ağırlaşma baş verərsə, dərhal yerində müdaxilə etmək mümkün olsun. Səyahət edənlərin yanında rus dilini bilən assistent də olur. Bundan sonra Moskva səyahəti təşkil edilir. Səyahətə Kreml gəzintisi, Nazim Hikmətin məzarını ziyarət etmək də daxildir", – deyə turizm şirkətinin təmsilçisi vurğulayıb.

O, həmçinin qeyd edib ki, proses tamamilə qanunauyğun şəkildə həyata keçirilir, peyvənd olunanlara xüsusi pasport verilməsə də, beynəlxalq səviyyədə keçərli olan vaksin sertifikatı təqdim olunur. Şirkətin rəhbəri Moskvaya səyahət paketi alanlara "Sputnik V" peyvəndinin vurulacağını da qeyd edib.

Мужчина в защитной медицинской маске на Карловом мосту в Праге, Чехия - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Dünyada heyvanlar üçün COVID-19 əleyhinə ilk peyvənd hazırlanıb

Şirkət təmsilçisi dünyada peyvənd çatışmazlığının olduğu bir vaxtda bunun necə reallaşdırıldığı barədə sualı da cavablayıb: "Rusiyada hətta alış-veriş mərkəzlərində də peyvənd köşkləri var. Hər şey rəsmi qeydiyyat əsasında həyata keçirilir. Turizm paketi alan şəxsin pasport məlumatlarını o, Rusiyaya getməmişdən əvvəl razılaşmamız olan klinikaya göndəririk. Kimə hansı seriyalı peyvəndin vurulacağı qeydə alınır. İndiyə kimi Türkiyədən 4 nəfər göndərmişik və onlarla bağlı heç bir problem yaranmayıb".

Səyahət təşkilatçısı onu da qeyd edib ki, hazırda onlara müraciət edənlər arasında yaşı imkan vermədiyi üçün vaksinasiya oluna bilməyən şirkət rəhbərlərinin sayı daha çoxdur.

Xəbər lenti
0