"Volkswagen" yeni kupe-krossoverin ilk təsvirlərini yayıb

© AP Photo / dpa / Ole SpataVolkswagen avtomobilləri
Volkswagen avtomobilləri - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
Yeni avtomobilin də ön təkərlərinin dartıcı olacağını demək olar. Amma standart avadanlıq yəqin ki, digər modellərdən fərqlənəcək

BAKI, 1 aprel — Sputnik. "Taigo" modeli ilin sonunadək Avropa bazarına təqdim olunacaq.

Almaniyanın avtomobil sənayesi nəhəngi "Volkswagen" yeni, yığcam "Taigo" kupe-krossoverinin ilk eskizlərini dərc edib. Latın Amerikası üçün nəzərdə tutulmuş "Nivus" modeli əsasında yaradılmış yeni avtomobilin 2021-ci ilin sonunadək Avropa bazarına çıxarılacağı gözlənilir.

Eskiz və qısa məlumatı əsasında onu demək olar ki, "Volkswagen Taigo" Avropa üçün uyğunlaşdırılmış "Nivus"dur.

"Dinamik və emosional dizayna malik" artıq baza komplektləşməsində diod faraları və tam rəqəmsal kokpitlə - cihazlar paneli ilə təchiz olunacaq. Avtomobilə qoyulacaq mühərriklər arasında TSI tipli benzin, çox güman ki, üç silindrli turbo-mühərrikləri də var. "Volkswagen"in "Taigo" modeli İspaniyanın Pamlon şəhərində yığılacaq.

"Nivus"da olduğu kimi, "Taigo" da sadələşdirilmiş MQB-A0 modulunda yığılacaq. Xatırladaq ki, şirkətin "Polo" və "T-Cross" modelləri də bu modula əsaslanıb. Odur ki yeni avtomobilin də ön təkərlərinin dartıcı olacağını demək olar. Amma standart avadanlıq yəqin ki, digər modellərdən fərqlənəcək. "Volkswagen" "Nivus"un baza təchizatında "dairə üzrə" disk əyləclər, XDS tipli diferensialın bloklanmasının elektron imitasiyası və altı ədəd təhlükəsizlik yastığı olacaq. Əlavə pulu ödənilməklə adaptasiya olunmuş "kruiz-kontrol", təcili əyləc sistemi, habelə sürücünün halına nəzarət və arxa görüntü kamerası da təklif olunur.

Qeyd edək ki, "Nivus"un salonunda xüsusilə Braziliya bazarı üçün işlənib hazırlanmış, sensor displeyli "Volkswagen Play" modeli də nümayiş olunur. Həmin displey "Active Info Display" rəqəmsal cihaz paneli ilə tandemdə hər biri 10 düym ölçülü iki ekrandan ibarət, özünəməxsus "virtual kokpit" yaradacaq. Bu kompleks şirkətin firma tətbiqlərindən, habelə digər onlayn servislərdən istifadəni də təklif edəcək.

Yeni "Taigo" haqqında təfərrüatlar isə avtomobilin yay aylarına planlaşdırılan premyerasına yaxın məlum olacaq. Krossoverin satışı isə cari ilin sonunda başlanacaq.

Xəbər lenti
0