07:19 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
DÜNYA
Qısa URL
30 0 0

Xarici işlər nazirlərinə və Baş katibliyə 2021-ci ildə Türkiyədə keçiriləcək VIII Zirvə Görüşündə qəbul ediləcək müvafiq qərar layihəsinin hazırlanmasına dair təlimat verilib.

 

BAKI, 31 mart — Sputnik. Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəxri sədri Nursultan Nazarbayevin təşkilatın adının dəyişdirilməsinə dair təklifi dəstəklənib.

APA-nın xəbərinə görə, bu barədə Türk Şurasına üzv dövlətlərin liderlərinin qeyri-formal görüşünün yekunu ilə bağlı qəbul olunan bəyanatda bildirilib.

Qeyd olunub ki, bununla bağlı xarici işlər nazirlərinə və Baş katibliyə 2021-ci ildə Türkiyədə keçiriləcək VIII Zirvə Görüşündə qəbul ediləcək müvafiq qərar layihəsinin hazırlanmasına dair təlimat verilib.

Xatırladaq ki, Türk Şurasının 2019-cu ildə Bakıda keçirilmiş VII Zirvə Görüşündə N. Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi təklifi ilə çıxış edib.

Əsas mövzular