18:53 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
7 0 0

Betonun hökmranlığı artıq proqressiv ideya hesab olunmur – göydələnləri getdikcə daha çox bitkilərlə örtməyə və ərazini daha çox maşınlara deyil, insanlara həsr etməyə çalışırlar

BAKI, 31 mart — Sputnik. Göydələnlər artıq çoxdandır ki, meqapolislər üçün adi elementə çevrilib. Ucu buludların arasında gizlənən binaların arası ilə işdən evə, evdən işə getmək isə əvvəlki kimi gündəlik heyrət doğurmur. Bir-birinə oxşayan şüşə konstruksiyalar dünyanın müxtəlif hissələrində inşa olunur və bu da onları unikallıqdan məhrum edir. Lakin memarlıq və dizayn sahəsində əsas məcmuələrdən olan "Dezeen" jurnalı yaxın bir neçə il ərzində şəhərlərin görkəmini dəyişəcək bir neçə ən maraqlı göydələn layihəsini seçməyə müvəffəq olub.

​Həmin layihələrin üzərində dünyanın müxtəlif yerlərindən olan məşhur peşəkarlar – mərhum Zaha Hadidin bürosunda çalışan dizaynerlərdən tutmuş memarlıq sahəsində ən nüfuzlu mükafatın sahibi olan Frenk Geriyə qədər mütəxəssislər məşğul olurlar.

​Hündür binalar üçün adi olan şüşə və betonu yüngülləşdirərək onları daha sadə və ekoloji etməyə çalışırlar. Göydələnlər şəhərlərin fonunda, demək olar ki, şəffaf görünür və artıq piyadaların əhvalına pis təsir etmir.

​Betonun hökmranlığı artıq proqressiv ideya hesab olunmur – göydələnləri getdikcə daha çox bitkilərlə örtməyə və ərazini daha çox maşınlara deyil, insanlara həsr etməyə çalışırlar.

​Şəhərlərin sakinlərinə qayğı ilə yanaşı, memarlar bir-biri ilə də rəqabət aparır, növbəti göydələnin hündürlüyünü millimetrə qədər hesablayırlar. Onlar çoxdankı rekordları vurmağa və "ən hündür bina" statusunu əldə etməyə çalışırlar.

​Bütün bu ideyalar uğurla həyata keçiriləcəyi təqdirdə Londondakı məşhur "Şüşə qırığı" öz nüfuzlu titulunu itirə bilər. Yaponiyada isə yeni memarlıq rekordçusu inşa edilə bilər. 

​Göydələnlərin inşası birinciliyində mübarizəyə yaponiyalı memar və bu sahədə öz bürosunu təsis etmiş Sou Fudzimoto da qoşulub. "Mitsubishi Jisho Sekkei" şirkəti ilə birlikdə o, 2028-ci ildə ölkənin ən hündür binasını — "Torch Tower"i (Məşəl) tikmək niyyətindədir. Layihənin adında metafora gizlənib – memarlar "şəhəri məşəllə işıqlandırmaq" niyyətindədirlər. Fudzimoto gələcək binanın yuxarı hissəsinə "tac" – ayrıca tikili əlavə edəcək və bununla da arzusunda olduğu hündürlüyə - 390 metrə çatacaq.

​Əyri formada olan tikilini iri gövdəli sütunların üzərinə quraşdırılacaq ki, bu da onun daxilində seyr meydançası yaratmağa imkan verəcək. Onu şüşələyib, üzərinə bitki örtüyü və yüngül döşəmə çəkiləcək. Fudzimotonun sözlərinə görə, o sadəcə "obyekt" deyil, "insanlar üçün guşə" yaratmaq niyyətindədir. Binanın məşələ oxşarlığına isə memar narıncı rəngin və günün qaranlıq saatlarında işıqlanmanın hesabına nail olacaq. Göydələnin daxilində ofislər, mehmanxanalar və mağazalar yerləşəcək.

Əsas mövzular