13:09 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
49 0 0

Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin xüsusi əməliyyatı nəticəsində həm "Əl-Qaidə", həm də "Taliban" qruplaşmalarının komandirləri öldürülüb.

BAKI, 30 mart - Sputnik. Əfqanıstanın təhlükəsizlik qüvvələri terrorçu "Əl-Qaidə" qruplaşmasının yüksək çinli komandirini məhv ediblər. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin (NDS) bəyanatında deyilir. 

Məlumata görə, qruplaşmanın Hind subqitəsindəki bölməsinin yüksək çinli komandiri Dövlət Bəy Taciki ölkənin şərqindəki Paktika əyalətində NDS-in keçirdiyi xüsusi əməliyyatla məhv edilib. Həmin komandir Əbu Muhammad ət-Taciki kimi də tanınırdı. Bildirilir ki, onunla birlikdə radikal "Taliban" qruplaşmasının komandiri Həzrət Əli də məhv edilib. 

Teqlər:
məhv, komandir, Əl-Qaidə, Taliban, Əfqanıstan

Əsas mövzular