03:01 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
DÜNYA
Qısa URL
10 0 0

"Təəssüflər olsun ki, bu elanı anons edə bilmirəm. Çünki bu, üçtərəfli tədbirdir. Biz sizi müvafiq qaydada məlumatlandıracağıq" - D.Peskov

BAKI, 30 mart — Sputnik. Hazırda Rusiya Prezidenti Vladimir Putinin Almaniya və Fransa liderləri Angela Merkel Emmanuel Makronla danışığı hazırlanır. Onun formatı müəyyənləşdirilir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Söhbət Putin, Merkel və Makron arasında danışıqdan gedir. Bunun video və ya səsli formatda olacağını bildirəcəyik", - deyə Kremlin nümayəndəsi bildirib.

O qeyd edib ki, danışıq yaxın gələcəkdə baş tutacaq: "Təəssüflər olsun ki, bu elanı anons edə bilmirəm. Çünki bu, üçtərəfli tədbirdir. Biz sizi müvafiq qaydada məlumatlandıracağıq".

Teqlər:
danışıq, prezidentlər, Rusiya, Almaniya, Fransa

Əsas mövzular