02:14 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
DÜNYA
Qısa URL
136 0 0

Gəminin məxsus olduğu "XT Management" şirkətinin rəhbərliyi və İsrail təhlükəsizlik qüvvələri hadisə barədə məlumatlandırılıb. 

BAKI, 25 mart - Sputnik. İran Tanzaniyadan Hindistana doğru hərəkətdə olan İsrailə məxsus yük gəmisini Ərəbistan dənizində raket atəşinə tutub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal" televiziyası məlumat yayıb.

Gəminin heyət üzvlərindən xəsarət alan olmayıb. Lakin dəyən zərər gəminin yan alacağı limanda qiymətləndiriləcək. 

Sözügedən gəmi "XT Management" şirkətinə məxsusdur. Artıq şirkət rəhbərliyi və İsrail təhlükəsizlik qüvvələri hadisə barədə məlumatlandırılıb. 

Bundan bir müddət əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu bu ilin fevralında İranı Oman Körfəzində İsrailə məxsus "Helios Ray" gəmisinə hücum etməkdə günahlandırmışdı. İranın Xarici İşlər Nazirliyi isə İsrailin bu iddialarını qəti şəkildə rədd etmişdi. 

Əsas mövzular