Suriyada amerikalıların bazası raket atəşinə tutulub

© AP Photo / Spc. Zoe GarbarinoAmerikalı əsgərlər Suriyada
Amerikalı əsgərlər Suriyada - Sputnik Azərbaycan, 1920, 23.03.2021
Abunə olmaq
ABŞ-ın hərbi qüvvələri ərəb-kürd "Suriya demokratik qüvvələri" silahlı dəstəsi ilə Suriyanın şimalı və şimal-şərqindəki Deyr-əz-Zor, Hasaki, Rəqqa vilayətlərini nəzarətdə saxlayır.

BAKI, 23 mart - Sputnik. ABŞ-ın Suriyadakı Deyr-əz-Zor vilayətində yerləşən hərbi bazası raket atəşinə tutulub, amerikalı hərbçilər arasında yaralılar var. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Al-Mayadeen telekanalı məlumat yayıb.

ABŞ-ın hərbi qüvvələri ərəb-kürd "Suriya demokratik qüvvələri" silahlı dəstəsi ilə Suriyanın şimalı və şimal-şərqindəki Deyr-əz-Zor, Hasaki, Rəqqa vilayətlərini nəzarətdə saxlayır. Həmin ərazidə Suriyanın ən nəhəng neft və qaz yataqları yerləşir.

Rəsmi Dəməşq dəfələrlə amerika hərbçilərinin öz ərazilərində mövcudluğunu işğal və heç gizlədilməyən neft oğurluğu adlandırıb. 

Qeyd olunur ki, Suriyanın şimalındakı amerika bazalarına naməlum dəstələr vaxtaşırı hücum edirlər.

Xəbər lenti
0