15:55 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
34 0 0

Hürriyet yazır ki, Yerxov XİN-ə çağırılaraq, tez-tez təkrarlanan hücumlar səbəbindən bölgədə vəziyyətin gərginləşməsi onun nəzərinə çatdırılıb

BAKI, 23 mart - Sputnik. Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. 

Sputnik Azərbaycan Hürriyet-ə istinadən bildirir ki, səbəb İdlibdə deeskalasiya zonasında vəziyyətin gərginləşməsidir. 

Türkiyə Müdafiə Nazirliyi Dəməşqin nəzarətindən kənardakı İdlib deeskalasiya zonasındakı xəstəxananın atəşə tutulması nəticəsində beş mülki şəxsin həlak olması, eləcə də həmin zonadakı yaşayış massivi ilə yük maşınlarının dayanacağına hücuma görə Suriya ordusunu günahlandırıb. Qeyd edək ki, hücum zamanı 7 dinc sakin yaralanıb.

Hürriyet yazır ki, Yerxov XİN-ə çağırılaraq, tez-tez təkrarlanan hücumlar səbəbindən bölgədə vəziyyətin gərginləşməsi onun nəzərinə çatdırılıb. Qeyd olunub ki, hücumlar mülki şəxslərin olduğu ərazilərə edilir, bu isə İdlib deeskalasiya zonasında sabitliyə və təhlükəsizliyə təhdiddir. 

Səfirin idarəyə çağırılmasını hələ ki nə Türkiyənin Xarici İşlər Nazirliyi, nə də Rusiyanın Ankaradakı səfirliyi təsdiqləyib.

Teqlər:
Türkiyə XİN, səfir, Rusiya, Suriya, Türkiyə

Əsas mövzular