16:47 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
DÜNYA
Qısa URL
35 0 0

Çin Xarici İşlər Nazirliyi Avropa İttifaqına insan haqları barədə "moizə oxumağı" dayandırmağı tövsiyə edib. Əks halda Pekinin qəti tədbirlər görəcəyi vurğulanıb

BAKI, 23 mart - Sputnik. Avropa İttifaqının Sinsizyan-Uyğur mahalında insan hüquqlarının pozulması səbəbilə tətbiq etdiyi sanksiyalara cavab olaraq Çin də Aİ-nin fərdi şəxslərinə və təşkilatlarına sanksiya tətbiq edib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. 

Reuters agentliyinin məlumatına görə, Aİ-nin Xarici işlər nazirlikləri Sinsizyanda uyğur müsəlman azlığının hüquqlarının pozulmasına görə Çinin dörd vətəndaşını və bir təşkilatını sanksiya siyahısına salıb. 

Çin tərəfi isə ölkənin "suvereniteti və maraqlarına zərbə, eləcə də qəsdən yalan və dezinformasiya yayma səbəbi" ilə Aİ-nin 4 təşkilatına və 10 fərdi şəxsinə sanksiya tətbiq etdiyini bildirib. 

Bundan başqa, Çin Xarici İşlər Nazirliyi Avropa İttifaqına insan haqları barədə "moizə oxumağı" dayandırmağı tövsiyə edib. Əks halda Pekinin qəti tədbirlər görəcəyi vurğulanıb. 

Teqlər:
sanksiya, Çin,

Əsas mövzular