Türkiyənin hərəkəti Baydenin xoşuna gəlmədi

© AFP 2023 / ERIC BARADATДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.03.2021
Abunə olmaq
Martın 20-də Türkiyə Avropa İttifaqının qadınlara münasibətdə zorakılıqla mübarizə üzrə İstanbul Konvensiyasından çıxdığını bəyan edib.

BAKI, 21 mart - Sputnik. ABŞ Prezidenti Co Bayden Türkiyənin İstanbul Konvensiyasını tərk etmək qərarından məyus olub. 

Sputnik Azərbaycan-ın məlumatına görə, onun bəyanatı Ağ Evin saytında dərc olunub. 

"Bütün dünyada, o cümlədən konvensiyanı birinci imzalamış Türkiyədə məişət zorakılığının, qadınların qətli hallarının artmasının şahidi oluruq. Bu qadınlara qarşı zorakılıq əleyhinə beynəlxalq hərəkat üçün geriyə addımdır", - ABŞ lideri qeyd edib

Bayden əlavə edib ki, dünya ölkələri zorakılığın dayandırılması üzərində işləməli, qadınların müdafiəsinə yönəldilmiş beynəlxalq razılaşmalardan imtina etməməlidirlər. O, həmçinin gender zorakılığının hər ölkə üçün bədbəxtlik olduğunu deyib.

Martın 20-də Türkiyə Avropa İttifaqının qadınlara münasibətdə zorakılıqla mübarizə üzrə İstanbul Konvensiyasından çıxdığını bəyan edib. Aİ diplomatiyasının başçısı Jozep Borrel Ankaranı öz qərarını yenidən göz keçirməyə çağırıb.

Xəbər lenti
0