13:45 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
DÜNYA
Qısa URL
42 0 0

Vaksinin birinci partiyası doqquz ölkə arasında bölüşdürüləcək. Onların siyahısı isə təqdim olunmayıb.

BAKI, 21 mart - Sputnik. Cənubi Afrika Respublikası öz ölkəsi üçün əldə etdiyi koronavirus əleyhinə AstraZeneca vaksinlərini Afrika İttifaqının başqa ölkələrinə satıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Zveli Mkize deyib. 

"Nazirlik Afrika İttifaqının vaksin resipiyentləri kimi qeyd etdiyi bütün ölkələrin tələblərə uyğun olduğuna, vaksinin müvafiq ölkələrdə yayılması üçün lisenziya və tənzimləyicilər tərəfindən icazəyə malik olduqlarına əminlik məqsədilə son həftələrdə araşdırma aparıb", - bəyanatda deyilir. 

Qeyd olunur ki, vaksinin birinci partiyası doqquz ölkə arasında bölüşdürüləcək. Onların siyahısı isə təqdim olunmayıb.

CAR əhalinin AstraZeneca vaksini ilə peyvəndlənməsini onun Cənubi Afrika ştammına (B.1.351) qarşı aşağı effektivliyi səbəbindən dayandırıb.

Respublikanın səhiyyə rəsmisinin məlumatına görə, CAR AstraZeneca-nın 1 milyon doza vaksinini Avrika İttifaqı ölkələrinə satmağı planlaşdırırmış.

Teqlər:
satış, Afrika, CAR, vaksinasiya, vaksin, AstraZeneca

Əsas mövzular