13:30 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
DÜNYA
Qısa URL
26 0 0

İnsanlara külək tutan yerlərdə və hündürlükdə dayanmaq tövsiyə olunur ki, qazdan zəhərlənməsinlər. Vulkana yaxın getmək də olmaz, çünki yeni çatlar əmələ gələ bilər. 

BAKI, 21 mart - Sputnik. İslandiya Prezidenti Qudni Yohannesson və yüzlərlə turist püskürən Geldinqadalsqos vulkanını izləyiblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, vulkan paytaxt Reykyavikdən 50 km, əsas hava limanı "Keflavik"dən isə 32 km aralıda yerləşir. Hökumət rayonu bağlamayıb, bu səbəbdən ölkənin dörd bir yanından insanlar ona baxmağa gəliblər. Turistlər vulkanın fonunda selfi çəkir, ətrafda dolaşırlar. 

Yerli KİV-lərin məlumatına görə, səhər ərazidə qatı duman varmış. Gecə isə orada təxminən minə yaxın adam qalıb. Bəziləri yaxşı hazırlaşsalar da, aralarında elələri də olub ki, həm nazik geyiniblər, həm də özləri ilə su və yemək götürməyiblər. Könüllülər onlara evlərinə qayıtmağa kömək ediblər. 

İnsanlara külək tutan yerlərdə və hündürlükdə dayanmaq tövsiyə olunur ki, qazdan zəhərlənməsinlər. Vulkana yaxın getmək də olmaz, çünki yeni çatlar əmələ gələ bilər. 

İslandiya Prezidenti əraziyə sahil xidmətinin vertolyotu ilə gedib. O, Geldinqadalsqos vulkanı haqda ingiliscə məlumat verməkdən məmnunluq duyduğunu deyib. Çünki onun sözlərinə görə, gülməli alınır: adın tərcüməsi "xədimlər vadisi" kimi səslənir və belə çıxır ki, o, "püskürən xədimlər dərəsi" haqda danışır. 

Bundan öncə İslandiyada 6 min il "yuxudan" sonra Faqradalsfyal vulkanı oyanmışdı.

Teqlər:
video, turist, prezident, vulkan, İslandiya

Əsas mövzular