12:44 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
18 0 0

ABŞ kəşfiyyat xidməti rəhbərinin vəzifələrini icra etmiş Qrenell vəziyyətdən yararlanaraq yeni "sərəncamlar" verməyə başlayıb.

BAKI, 21 mart - Sputnik. Google axtarış sistemi Donald Trampın administrasiyasının keçmiş məmuru Riçard Qrenelli ABŞ-ın yeni prezidenti kimi qeyd edib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə siyasətçi Instagram hesabında yazıb. 

"Google və Vikipediya yenilənmə edib. Özü də hələ aprelin 1-i deyil", - Qrenell Google-dakı səhifənin skrinşotunu paylaşaraq yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от richardgrenell (@richardgrenell)

ABŞ kəşfiyyat xidməti rəhbərinin vəzifələrini icra etmiş Qrenell vəziyyətdən yararlanaraq yeni "sərəncamlar" verməyə başlayıb. O söz verib ki, "ayaqları üstə möhkəm dayanacaq və pilləkənləri inamla qalxacaq".

Qrenellin bu vədinin arxasında isə cümə günü təyyarənin trapı ilə qalxan prezident Co Baydenin üç dəfə büdrəməsinə eyham dayanır. Jurnalistlərin çəkdikləri video sosial şəbəkələrdə sürətlə paylaşılıb. Ağ Evdən isə bildiriblər ki, prezidentin büdrəməsinə güclü külək səbəb olub, Bayden isə özünü əla hiss edir.

Teqlər:
Donald Tramp, Co Bayden, Vikipediya, Google, prezident, ABŞ

Əsas mövzular