Co Bayden: Kamala Harris məndən daha ağıllıdır

© © Jim Lo Scalzo / Pool via REUTERSДжо Байден
Джо Байден  - Sputnik Azərbaycan, 1920, 20.03.2021
Abunə olmaq
Bayden Atlantada Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzdə Kamala Harrisi ictimaiyyətə təqdim edərək onun haqqında yüksək fikirlər söyləyib.

BAKI, 20 mart - Sputnik. ABŞ prezidenti Cozef Bayden bildirib ki, Vitse-prezident Kamala Harris ondan daha ağıllıdır.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Bayden Atlantada Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzdə Kamala Harrisi təqdim edib. ABŞ prezidenti öz vitsesinin bütün keyfiyyətlərini yüksək qiymətləndirib.

"Dediklərinizə heç bir əlavəm yoxdur, cənab prezident", - Harris cavabında deyib.

78 yaşlı Co Bayden daha əvvəl ictimaiyyət qarşısında çıxışı zaman Kamala Harrisi ABŞ-ın dövlət başçısı adlandırıb. 

O, səlahiyyətlərini vaxtından iki il və ya daha çox müddət əvvəl başa vurmalı olsa, onda ABŞ-da dövlət başçısı vəzifəsini vitse-prezident icra edəcək.

Bayden ötən gün təyyarənin trapını qalxarkən dəfələrlə yıxılması ilə gündəmə gəlib. 

Xəbər lenti
0