16:34 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
171 0 0

Nikol Paşinyan: "Ölkədə hər gün aqressiyanın artmasına, qan tökülməsinə çalışan, seçkiləri istəməyən qüvvələr var. Mən onların bizim hakimimiz olmasına imkan vermirəm. Hakim xalq olmalıdır".

BAKI, 20 mart - Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan digər siyasətçilərin bəyanatlarına baxmayaraq, ölkədən qaçmaq niyyətində olmadığını bildirib. 

Sputnik Ermənistan xəbər verir ki, Paşinyan bunu Aştarak vilayətinin sakinləri ilə görüşdə eks-prezident Levon Ter-Petrosyanın fikirlərini şərh edərkən deyib. 

Ter-Petrosyan bildirmişdi ki, yeganə çıxış yolu Paşiyanın təcili Baş nazir postundan istefa verməsi, müvəqqəti xaricdə sığınacaq tapması və onun toxunumazlığına zəmanətin verilməsidir. 

Paşinyan isə buna cavab olaraq deyib ki, Ter-Petrosyan karyerası ərzində iki dəfə "qaçmağın gözəl nümunəsi"ni nümayiş etdirib:

"Mən qaçan adama bənzəyirəm? Əgər xalq qərar versə ki, məni güllələməlidir, mən divarın qabağında dayanaram. Heç kim düşünməsin ki, mən xalqın qəbul etdiyi qərardan qaçacağam". 

Paşinyan hesab edir ki, ölkədə qan tökülməsini istəyən şəxslər və qüvvələr var: "Onlar istəyirlər ki, Yerevanın, Aştarakın küçələrində qan axsın. Bu insanlar 27 oktyabrda, 1 martda törətdikləri onlarla siyasi qətldən, qandan doymayıblar. Onlar Ermənistanda yenidən qan axmasını istəyirlər.  Hakimiyyət Qarabağda müharibən sonra 5 ay ərzində aqressiv hücumlara məruz qalıb. Bu müddət ərzində həm hakimiyyət, həm də xalqın başlıca nailiyyəti vətəndaş qarşıdurmasından yayınmağı bacarması olub. Ölkədə hər gün aqressiyanın artmasına, qan tökülməsinə çalışan, seçkiləri istəməyən qüvvələr var. Mən onların bizim hakimimiz olmasına imkan vermirəm. Hakim xalq olmalıdır”.  

Ermənistanın Baş naziri hüquq-mühafizə orqanlarının qətllər törədilməsi və hakimiyyət çevrilişi şüarları ilə çıxış edənlərlə bağlı vəsatətlərini təmin etməyən məhkəmələrdən də narazılığını bildirib: "Nə üçün Ermənistanda indiyə qədər belə hakimlər qalıb? İnqilabın əsasında xristian dəyərləri vardı. Ümid edirdik ki, insanlar dəyişəcək, ancaq çoxları hüquqi, mənəvi və siyasi sərhədləri keçdi”. 

Əsas mövzular