Ermənistanda koronavirusdan bir gündə 19 nəfər öldü

© AFP 2023 / BRYAN R. SMITHПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121,8 milyonu keçib, 2,69 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 19 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 182 056-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 888 nəfər artıb.

Ermənistanda son gündə daha 19 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 301-ə çatıb. Xəstəlikdən sağalanların sayı 167 518 nəfər olub. Hazırda bu ölkədə 10 367 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121,8 milyonu keçib, 2,69 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0