15:57 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
5310

Bu arada Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, hal-hazırda Co Baydenlə onlayn, açıq rejimdə telefonla danışmağa hazırdır

BAKI, 18 mart - Sputnik. Ukraynalı siyasi ekspert Andrey Qolovaçov "Qlavred" nəşri üçün məqaləsində ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarının ünvanına dediklərinə görə vəzifəsindən ola biləcəyini istisna etməyib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssis Ağ Ev sahibinin dilindən çıxan kəlmələrin diplomatiyada yolverilməz olduğunu söyləyib. Ancaq Qolovaçov əmindir ki, bu ritorika təsadüfi deyil. Onun fikrincə, Bayden administrasiyası parçalanmış Amerika ilə Avropanı Rusiyaya qarşı "xaç yürüşündə" birləşdirməyə çalışır. 

Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
© Sputnik / Aleksey Nikolskiy

"Yumşaq desək, riskli addımdır", - ekspert deyib. 

Bundan əlavə, Co Baydenin son çıxışı ilə bağlı "optimistik" ssenari də mümkündür: yəni Bayden "səhhəti işləməyə icazə vermədiyindən də" bir il sonra istefaya gedə bilər. Maraqlıdır ki, Qolovaçovun sölərinə görə, yeni administrasiya Rusiya ilə dialoq qurmağa da çalışır.

Bu arada Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, hal-hazırda Co Baydenlə onlayn, açıq rejimdə telefonla danışmağa hazırdır. Rusiya lideri vurğulayıb ki, ötən dəfəki telefon danışığı təşəbbüsü ABŞ-dan gəlmişdi.

Bayden bildirmişdi ki, Vladimir Putin seçkilərə müdaxilə ilə bağlı cavab verməli olacaq. KİV-də həmçinin qeyd olunmuşdu ki, ABŞ prezidenti ABC telekanalına müsahibəsində Rusiya prezidentini qatil adlandırıb. Ancaq Baydenin bununla nə demək istədiyi məlum deyil. Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin Putin haqqında fikirlərinin mübaliğə olub-olmadığını açıqlamaqdan imtina edib.

 

Teqlər:
istefa, prezident, Rusiya, ABŞ, Co Bayden, Vladimir Putin

Əsas mövzular