04:52 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (664)
22002

Bu gün Avropa Dərman Vasitələri Agentliyi AstraZeneca peyvəndinin istifadəsi ilə bağlı faktları müzakirə etmək üçün iclas keçirib.

BAKI, 18 mart - Sputnik. Avropa Dərman Tənzimləyicisi AstraZeneca vaksininin təhlükəsiz olduğunu təsdiqləyib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, məlumatı tənzimləyicinin direktoru verib. 

O qeyd edib ki, Avropa Dərman Vasitələri Agentliyinin (EMA) hələ ki AstraZeneca vaksini vurulmuş şəxslərdə yaranan fəsadlarla peyvənd arasında bağ tapa bilməyib. 

Bir neçə gündür, Avropanın bir sıra ölkələri, o cümlədən Avstriya, Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya və digərləri AstraZeneca preparatından sonra tromboemboliya, qan laxtalanması şikayətləri səbəbindən ondan istifadəni dayandırıb. 

Bu gün Avropa Dərman Vasitələri Agentliyi AstraZeneca peyvəndinin istifadəsi ilə bağlı faktları müzakirə etmək üçün iclas keçirib.

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (664)
Teqlər:
Avropa, qərar, AstraZeneca, vaksin

Əsas mövzular